Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
KOSALAR ELİNİN BAŞI SAĞ OLSUN!

0


  •  



          Əskərov Kərəm Əşrəf oğlu
    1941-ci il may ayının 20-də Xankəndi rayonunun Kosalar kənd sovetliyinə daxil
    olan Yaloba kəndində dünyaya göz açmışdır. O, ilk təhsilini Kosalar kənd 7
    illik məktəbində, 11 illik təhsilini isə Kosalar kənd fəhlə-kəndli axşam
    məktəbində alaraq, Ağdam kənd təsərrüfatı texnikumuna daxil olmuşdur. Kərəm
    kişi 1978-ci ildə həmin məktəbi bitirərək, ali partiya məktəbinin dinləyicisi
    olmuşdur (1978-83-cü illərdə). O, 1989-cu ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasına
    qəbul olmuş, 1996-cı ildə oranı aqranom və politexnik ixtisasları üzrə
    bitirmişdir.

           Kərəm kişi bir müddət
    klub müdiri, 1964-69-cu illərdə kolxoz komsomol komitəsinin katibi,  1974-cü ilədək isə kolxoz partiya təşkilatı
    katibi işləyib. 13 dəfə kənd, rayon, vilayət deputatı seçilib,  14 il Vilayət Ali məhkəməsinin üzvü olub. O,
    1974-2009-cu illərdə Kosalar kənd İcra Nümayəndəsi vəzifəsində çalışmışdır.
    Bütün fəaliyyəti dövünrdə o, elinə bağlılığı ilə daim seçilmişdir. Kərəm kişi
    bu vəzifədə işlədiyi ilk illərdə Sovetliyin 5 ştat yeri olmuşdur. Sonralar yeni
    iş yerləri təşkil olunmuşdu ki, belə iş yerlərinin açılmasında onun da
    xidmətləri az olmamışdır.


          Bundan başqa, bir müddət
    Cəmilli kəndi də müvəqqəti olaraq Kosalar İcra Nümayəndəliyinə tabe edilmişdir.
    Burada da bir çox sosial obyektlərin təşkilində Kərəm kişi yaxından iştirak
    etmişdir.



          Fəaliyyəti dövründə göstərdiyi
    xidmətlərinə görə o, bir çox fəxri fərman və mükafatlarla təltif olunmuş, 1986-cı
    ildə “Əmək veteranı” medalı ilə, 2008-ci ildə “Dövlət qulluğunda fərqləndiyinə
    görə” medalı ilə təltif olunmuşdur.



           Müharibə illərində də
    Kərəm kişinin xidmətləri az olmamışdır. Kəndin müdafiəsinin təşkilində,
    silah - sürsatla təminatında onun xidmətləri danılmazdır



          Ölüm amansızdır. Doğma elə - obadan didərgin  düşən, qürbət eldə Vətən həsrəti ilə yaşayan Kərəm kişi payız fəslində, ömrünün payızında dünyasını dəyişdi. İndi onun ruhu Qarabağ torpağında, Kosalar kəndində dolaşır. Ruhu şad olsun!



          Kərəm kişi həmişə camaatın köməyinə çatıb, onların problemləri ilə yaxından maraqlanıbdır. Kosalar kəndini qəhrəmanlar kəndi, Qırxqızda qartal yuvası adlandıran Kərəm dayı elimizin dəyərli ağsaqqalı, ziyalısı idi. Kənd camaatı ona xüsusi hörmət bəsləyir. O, dünyasını dəyişsə də Kosalar eli heç zaman onu unutmayacaq və yad edəcəkdir. 



           Allah rəhmət eləsin Kərəm kişi! Kosalar elinin başı sağ olsun!
                                                                                        Qalib Bəyməmmədoğlu
                                                                                         Bölgə muxbiri



             




    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaRəsmi xronika
    Yerləşdirdi
    Yerləşdirildi10 il öncə
    İzlənib52 dəfə
    KOSALAR ELİNİN BAŞI SAĞ OLSUN!

    Maraqlı gələ bilər
    29
    59